5 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040224 ISIN-li, 65 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.2179 (6.97%) manat olan 54 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3702 (7.9999%) manat, orta ölçülmüş qiyməti isə 97.2933 (7.4822%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224,335,400 manat, yerləşdirilmiş həcmi isə 97,500,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 02.09.2025-cü ildir.
Hərrac iştirakçıları 6 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.