6 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2152024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,619.7629 (8.47%) manat və 9,629.3000 (8.25%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,150,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,627.1099 (8.3%) manat və orta ölçülmüş qiyməti isə 9,627.6077 (8.29%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 21.02.2024-cü ildir.