7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2151024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,808.4412(8.37%) manat və 9,817.8784 (7.95%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 360 000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,808.4412 (8.37%)manat, orta ölçülmüş qiyməti isə 9,811.4034 (8.24%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 30.11.2023-cü ildir.