7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 360 gün, nominal dəyəri 100 manat olan AZ2015002028 dövlət qeydiyyat nömrəli 20,000,000 (iyirmi milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac yekunlaşmışdır.
Hərrac zamanı 52 investor tərəfindən 52 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların ödəmə tarixi 01.09.2024-cü ildir.