|
|
|
Sığorta | | | “PAŞA Həyat Sığorta” istehsalatda icbari sığorta üzrə bir sığorta hadisəsinə 49 min manata yaxın ödəniş etmişdir |
27.02.2013 | |
| |
“PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirmişdir.
Şirkətdən AzərTAc-a verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş vermiş, müəssisənin işçisi bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətini 60 faizini müddətsiz itirərək III qrup əlillik dərəcəsi almışdır.
Zərərçəkmişə 48,846 min manat həcmində birdəfəlik sığorta ödənişi verilmişdir.
www.azertag.com
|
|
|
|