|
|
|
Sığorta | | | AtaSığorta iri sığorta ödənişini həyata keçirmişdir |
27.02.2013 | |
| |
Baki, Finance Time. “AtaSığorta” ASC2013-cü ildə iri sığortaödənişini həyata keçirmişdir. “AtaSığorta” ASC-nin korporativ müştərilərindən birinə sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər üzrə 195 553 manat sığorta ödənişi verilmişdir. Bununla da “AtaSığorta” ASC həm fiziki şəxs müştərilərinə, həmçinin də koprorativ müştərilərinə etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
|
|
|
|