1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb
22.09.2023

Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb 

İndoneziya, Səudiyyə Ərəbistanı, İraq və Türkiyənin müvafiq qurumları ilə keçirilmiş görüşlərdə əməkdaşlıq imkanları və birgə təşəbbüslər müzakirə edilib. 

Avstraliyanın Melburn şəhərində keçirilən Qlobal Sahibkarlar Konqresi (“GEC2023”) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və İraqın müvafiq qurumlarının nümayəndələri ilə görüşüb.  

İndoneziyanın İqtisadi Məsələlər üzrə Nazirliyində İcmanın gücləndirilməsi və sahibkarlıq üzrə direktor Chairul Saleh ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) müavini Səud Əlsabhan arasında görüşdə birgə təşəbbüslər və nəzərdə tutulan qarşılıqlı səfərlər müzakirə edilib. 

İraq Baş nazirinin müşaviri və “Riyada Təşəbbüsü”nün baş direktoru Hüseyin Tahir ilə görüşdə İraqın biznesi dəstəkləyən qurumları ilə əməkdaşlığın qurulması və hər iki ölkənin biznes dairələrinin əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

TOBB Gənc Sahibkarlar Şurasının və “GEN Türkiyə”nin vitse-prezidenti, Habitat Dərnəyinin prezidenti Sezai Hazır ilə sahibkarlıq, KOB-ların dəstəklənməsi və mümkün əməkdaşlıq imkanları müzakirə edilib. 

Səfər çərçivəsində həmçinin, KOBİA, Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) və “GEN Azərbaycan” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmans və “GEN Azərbaycan”ın icraçı direktoru Seymur Hüseynov imzalayıblar. Memorandumda yerli startap layihələrinə investisiyaların  cəlb edilməsi, onları potensial investorlar və maliyyə mənbələri ilə əlaqələndirmək, beynəlxalq bazarlara çıxışda kömək etmək, bacarıq və biliklərinin gücləndirilməsinə yönəlmiş seminar, təlim və mentorluq proqramlarının, startap müsabiqələrinin, sahibkarlığa dair birgə tədbirlərin təşkili, Azərbaycanın sahibkarlıq ekosistemi ilə beynəlxalq tədqiqat qrupları arasında əlaqələrin genişləndirilməsi, sahibkarlıq və startap fəaliyyəti ilə bağlı məlumat və təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment