26 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (qalıq 938 gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 96,5083(9.5234%) manat və 101,5843 (7.5213%) manat olan 43 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,2277 (8.0437%) manat, orta ölçülmüş qiyməti 100,6856 (7.8664%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 141,632,400 manat, yerləşdirilmiş həcmi isə 55,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.
Hərrac iştirakçıları 27 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.