11 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2172024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,629.7057 (8.24%) manat və 9,637.9350 (8.05%) olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53,470,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,631.4370 (8.2%) manat və orta ölçülmüş qiyməti isə 9,632.5499 (8.17%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 27.03.2024-cü ildir.