23 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 1,300,000 (bir milyon üç yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 1,300,000 (bir milyon üç yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
Hərrac
tarixi
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2012020288
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
1300
(ədəd)
|
1,000 manat
|
25.10.2023
|
13%
|
5 il
(1 il –360 gün)
|
Hər ayda (1 ay -30 gün) bir dəfə
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.