“Bakı Fond Birjası” QSC-nin Ticarət və Üzvlük Qrupuna "Üzvlük və kommunikasiyalar üzrə inzibatçı" vəzifəsinə vakansiya elan edilir:
İşin qısa təsviri: Üzvlük məsələlərinə nəzarəti həyata keçirmək, aidiyyatı tərəflərlə müntəzəm əlaqələrin saxlanılması, üzvlərin maliyyə göstəricilərənə nəzarətin həyata keçirilməsi, sorğuların aparılması, yuxarı rəhbərliyə müvafiq hesabatların və məlumatların təqdim olunması Üzv və treyderlərin eləcə də digər tərəfdaşlara xidmət səviyyəsinin yüksəldilməsi. İşin məqsədi üzlvük məsələlərini nəzarətdə saxlamaq, tərəfdaşlarla komnukasiyaların inkişaf etdirilməsi, Sahə üzrə qayda və qanunvericiliyin müvafiq tələblərinin əməl olunmasına nəzarəti əhatə edir.
İş üzrə tələblər: Namizəd müvafiq sahə üzrə bakalavr ali dərəcəsinə və güclü komnukasiya və sosial bacarıqlar. Qiymətli kağızlar və kapital bazarları onların işləmə prinsipləri üzrə bilgilər, həmçinin adıçəkilən sahə üzrə iş təcrübəsi mühüm kriteralardır. Sahə üzrə hüquqi və normativ tələblərə bələd olmaq, data analitikası və iş mühitinə çevik uyğunlaşmaq əsas tələblər sırasındadır.
Mühim tələblər: Kapital bazarları üzrə məlumat, korporativ yazı üslübu, sənədləşdirmə, ünsiyyət və nəzarətedici komplayns tələbləri.
İş təcrübəsi: Üzvlər və tərəfdaşlarla münasibətlərin qurulması və korporativ kargüzarlıq sahəsi üzrə təcrübə arzuolunandır.
Dil bilikləri: Yüksək dərəcədə İngilis dilində yazı və danışıq bacarıqları, Azərbaycan dilində rəsmi-işgüzar üslubda yazı bacarıqları. Rus dili arzuolunandır.
Kompüter bacarıqları: Microsoft Office suite, və digər komnikasiya və data analitikası vasitələrində sərbəst işləmək bararığı.
Arzuolunan tələblər: Oxşar səhədə iş təcrübəsi.
Əlavə qeydlər: Davamlı öyrənmək istəyi, yeni ideya və konseptləri tez qavramaq və yaranmış çətinlikləri operativ həll etmək bacarıqları vəzifə üçün zəruridir.
Qeyd Vakansiya ilə bağlı namizədlərin CV-ləri elan yerləşdirildiyi tarixdən etibarən 7 iş günü ərzində career@bse.azelektron ünvanında qəbul ediləcəkdir.