31 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (903 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92.6831 (10.4643%) manat və 98.7517 (7.6179%) manat olan 28 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7947 (8.9765%) manat, orta ölçülmüş qiyməti 97.2252 (8.3128%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,224,300 manat, yerləşdirilmiş həcmi isə 82,500,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.
Hərrac iştirakçıları 1 noyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.