1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank və Visa təşkilatı tərəfindən media nümayəndələri üçün ödənişlərdə təhlükəsizlik və kibertəhlükəsizlik
30.11.2023

Media nümayəndələrinin maliyyə savadlılığının artırılması məqsədilə Mərkəzi Bank və Visa təşkilatı tərəfindən təlim keçirilib.

Bir günlük təlimdə Mərkəzi Bank və Visa təşkilatının aparıcı ekspertləri ödəniş təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində öz biliklərini media mənsubları ilə bölüşüblər. Təlimdə Azərbaycanın hazırda regionda rəqəmsallaşma üzrə lider ölkələrdən biri olduğu, ölkəmizdə rəqəmsal həllərin tətbiqinə keçidin sürətləndiyi, elektron ticarətin aktiv inkişaf etdiyi qeyd edilib və bununla yanaşı, nağdsız ödənişlərdən istifadənin genişlənməsi fonunda dələduzların da bu sahəyə olan marağının artdığı vurğulanıb. Ödəniş kartları üzrə dələduzluq hallarının qarşısının alınması məqsədilə Mərkəzi Bank, bank sektoru və əlaqədar dövlət qurumları ilə rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin gücləndirilməsi istiqamətində birgə tədbirlərin icra olunduğu diqqətə çatdırılıb.

Təlimdə Mərkəzi Bank tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirildiyi qeyd edilib. Cari ildə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı"nın hazırlandığı və Fəaliyyət Planına müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə hazırlanmış maarifləndirici video və audioçarxların Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlandığı təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.

Media nümayəndələrinə rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsinin təşkili, əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Mərkəzi Bankda hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və bank sektorunun nümayəndələrinin iştirakı ilə yaradılmış xüsusi işçi qrupunun fəaliyyəti haqda ətraflı məlumat verilmişdir.

Təlimdə, həmçinin rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıqla mübarizədə tətbiq olunan beynəlxalq təcrübələr bölüşülüb. Ekspertlər tərəfindən maliyyə və bank kibertəhlükəsizliyi üzrə son qlobal araşdırmalar, istifadəçi məlumatlarının qorunmasına yanaşma tendensiyaları, kibertəhlükəsizliyin işıqlandırılmasında medianın məsuliyyəti və rolu, kiber cinayətlərdən qorunmaq yolları barədə məlumat verilmişdir. Tədbirdə istifadəçilərin rəqəmsal ödənişlərin təhlükəsizliyi haqda məlumatlandırılması və zərərli hücumların qarşısının alınmasında media nümayəndələrinin fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Təlimin sonunda jurnalistlər sertifikatlarla mükafatlandırılmış və onlara promomateriallar təqdim edilmişdir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müvafiq istiqamətdə maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment