|
|
|
Banklar | | | Mərkəzi Bankda ödəniş təşkilatları və pul köçürmə təşkilatları üçün təlim keçirilmişdir |
07.12.2023 | |
| |
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun cari ilin noyabr ayında qüvvəyə minməsi, habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun (ƏL/TMM Qanunu) tələblərinin ödəniş təşkilatlarına və elektron pul təşkilatlarına münasibətdə tətbiq ediləcəyi nəzərə alınaraq Azərbaycan Fintek Assosiasiyasına (AZFİNA) üzv təşkilatlara Mərkəzi Bank tərəfindən 6 dekabr 2023-cü il tarixində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tələbləri mövzusunda təlim keçirilmişdir.
Təlim zamanı AZFİNA-ya üzv təşkilatların sözügedən mövzuda sualları cavablandırılmış, bu təşkilatlarda müvafiq infrastrukturunun cari vəziyyəti və digər aidiyyəti mövzular müzakirə edilmişdir.
Mərkəzi Bank bundan sonra da ƏL/TMM qanunvericiliyin tələblərinin effektiv təmin edilməsi üçün maliyyə institutlarının işçi heyətinin bilik və bacarıqların artırılması istiqamətində tədbirləri davam etdirəcəkdir.
|
|
|
|