|
|
|
Banklar | | | AccessBank-dan mikro və aqro sahibkarlara “İndi al, 2 ay sonra ödə” kampaniyası |
26.12.2023 | |
| |
Sizin yerli Avropa bankınız - AccessBank, sahibkarların biznes plan üzrə hədəfl rinə çatmasına dəstək məqsədilə, növbəti il üçün güzəştli “İndi al, 2 ay sonra ödə ” kampaniyasını təqdim edir.
Yeni kampaniyanın şərtlərin uyğun olaraq, yeni kiçik biznes sahibləri, eləcədə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, krediti indi alıb, növbəti ilin iki ayı üzrə faiz ödənişlərindən azad olunurlar. Kampaniya 20 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək qüvvədədir. Kampaniya haqqında əlavə məlumat almaq üçün 151 əlaqə mərkəzinə zəngetmək və ya filiallara yaxınlaşmaq olar.
Filiallar haqqında məlumat linkdə təqdimedilir: https://www.accessbank.az/ru/our-bank/service-networks/ . Qeyd olunan şərtlərlə kredit sifariş vermək üçün linkə keçid edin:https://www.accessbank.az/az/requests/microloan
AccessBank 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
|
|
|
|