|
|
|
Sığorta | | | “AtaSığorta” ASC nizamnamə kapitalını 1 milyon manat artırmışdır |
05.03.2013 | |
| |
Baki, Finance Time. Bakı Fond Birjasında “AtaSığorta” ASC-nin 1 milyon manat dəyərində səhmləri yerləşdirilmişdir.Bununla cəmiyyətin faktiki ödənilmiş nizamnamə kapitalı 7,6 milyon manata çatdırılmışdır.
“AtaSığorta” şirkətinin 2012-ci il ərzində topladığı sığorta haqları 10,85 milyon manat, verilmiş sığorta ödənişləri isə 2,75 milyon manat təşkil etmişdir.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
|
|
|
|