27 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2194024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,942.0050(7.5%)manat və9,945.0811 (7.01%)manat olan6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,160,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,945.0000 (7.11%)manat və orta ölçülmüş qiyməti 9,945.0202(7.11%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000manat təşkil etmişdir.
Notların ödəmə tarixi 24.01.2024-cü ildir.