1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Birbank-ın “10 001 hədiyyə” lotereyası yekunlaşdı
30.12.2023

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın 13 oktyabr – 15 dekabr tarixlərində keçirilən “10 001 hədiyyə” lotereyası yekunlaşdı. 3 tirajdan ibarət lotereyanın final tirajındaümumilikdə 1 583 683karta məxsus 30 519156  şans iştirak edirdi. 27 dekabr tarixində canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart qalib oldu. 3 tirajın sonunda 1 ədəd 2 otaqlı təmirli mənzil, 3 ədəd 10 000 AZN pul mükafatı, 3 ədəd 2 000 AZN və 4 ədəd 1 000 AZN dəyərində səyahət paketi, 90 ədəd “Umico Market”dən 500AZN dəyərində hədiyyə kuponu da daxil olmaqla uduş fondunda olan 10 001 hədiyyə öz sahibini tapdı. 

Ötən gün isə lotereyanın final tirajının qaliblərinə hədiyyələr təqdim edildi.Hamının qazanmağı arzuladığı “Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzilin qalibi Sonya xanım həyəcanını tədbir iştirakçıları ilə bölüşdü. “İnanın, mən hələ də şokdayam. Baxmayaraq ki, bu gün Kapital Bank-da bizə hədiyyələrimiz təqdim edilir, amma yenə də inana bilmirəm ki, mənzil udmuşam. Çox sevincliyəm, hər kəs məni təbrik edir. Artıq, ailəm, qohumlar, dostlar məndən mənzildə qonaqlıq sözü alırlar. Mən heç vaxt lotereyaların doğruluğuna inanmamışam, Kapital Bank isə fikirlərimi alt-üst elədi. Mənim ən böyük arzumu reallaşdırdığınız üçün sizə təşəkkür edirəm”. 

Bu dəfə 10 000 AZN  pul mükafatını lotereyada 185 şansla iştirak edən Hacıbaba bəy qazandı. “Maraqlısı odur ki, mənim lotereyada iştirak etdiyimdən belə xəbərim olmayıb. Neçə şansım olduğunu belə bura gələndə əməkdaşlarınız dedilər mənə. İlk dəfə zəng gələndə dedim yəqin yalandır. Çünki ətrafımda bank adı ilə aldadılan adamlar olub. Amma fikir verdim ki, məndən kod, kart nömrəsi, heç nə istəmədilər. Neçə dəfə eşitmişəm ki, şəxsi məlumatlarınızı istəyən adamlara inanmayın. Nə deyim, qalib olmaq gözəl hissdir. Xüsusən də 10 000 manat pul qazanmısınızsa. Mən müştərilərinizə belə gözəl imkanlar yaratdığınız üçün sizə təşəkkür edirəm”. 

Final tirajında 2000 AZN dəyərində səyahət paketi isə Tərlan bəyin şansına düşüb. “Mən rəqəmsal keçirilən lotereyalara inanıram. Təbii ki, bu şans məsələsidir, amma qazanacağıma inanırdım. Səyahət bayram öncəsi əla hədiyyədir. Mən 15-20 il xarici ölkələrdə yaşamışam, səyahət də etmişəm. Son 3 ildə isə maddi səbəblərdən bu alınmırdı. Mənim üçün yeni bir həyəcan olacaq. Heçvaxt olmadığım bir ölkəyə getməyi planlaşdırıram. Sizə isə bu şansı yenidən mənə verdiyiniz üçün təşəkkür edirəm”. 

Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz: https://kbl.az/bblotqf

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment