10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “International” BOKT ASC-nin ümumi ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan AZ2009021026 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
15yanvar 2024-cü il tarixindəBakı Fond Birjasında “International” BOKTASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrəanderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlarınemissiya prospektiniBFB-nin internet səhifəsində“Emitentlərin hesabatlılığı”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2009021026
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
1,000
(ədəd)
|
1,000
manat
|
13%
|
18 ay
|
hər 90 gündən bir
|
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.