10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtləriniBFB-nin internet səhifəsində“Emitentlərin hesabatlılığı”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2003019877
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
200 000
(ədəd)
|
100 USD
|
6%
|
3 il
|
90 təqvim günündən bir
|
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir.Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.