18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Konstromat" ASC-ninümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.
26 yanvar2024-cü il tarixində"Konstromat" ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Bildirmək istərdik ki, səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcədir.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İ.Ş” QSC -dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində“Emitentlərin profili”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
Səhmlərin növü və forması
|
Səhmlərin sayı
|
Nominal Dəyəri
|
Yerləşdirmə forması
|
Yerləşdirmə tarixi
|
Anderrayter
|
AZ1001024285
|
Adi adlı sənədsiz səhm
|
19 600
(ədəd)
|
10
manat
|
Abunə yazılışı üsulu
|
26.01.2024
|
“Invest-AZ I.Ş” QSC
|