Bakı Fond Birjasında Konstromat ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
26 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Konstromat ASC-nin AZ1001024285 dövlət qeydiyyat nömrəli 196,000 (yüz doxsan altı min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 10 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 196,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 196,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İ.Ş” QSC -dir.