2 fevral 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti(gün)
|
ISIN
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ(manat)
|
Nominal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
7
|
AZ2204024700
|
02.02.2024
|
100.000.000
|
100.000
|
1000
|
09.02.2024
|
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən
banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya
bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Sifarişlər 99.849,6293 – 99.878,5227 qiymət intervalında təqdim edilə bilər.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.