6 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060025ISIN-li, 90 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.3072 (8.3798%)manat və 93.8579 (6.58%)manat olan 36 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2833(7.2399%)manat, orta ölçülmüş qiyməti isə93.4505 (7.0471%)manatolaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətləümumi məbləği151,744,500 manat,yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 04.02.2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.