16 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
Səhmlərin növü və forması
|
Səhmlərin sayı
|
Nominal Dəyəri
|
Yerləşdirmə forması
|
Anderrayter
|
AZ1001025464
|
Adi adlı sənədsiz səhm
|
950
(ədəd)
|
100
manat
|
Abunə yazılışı üsulu
|
"Assist Finance İnvestisiya Şirkəti” ASC
|