20 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070049ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 94.6187(9%)manat və 100.00(6%)manat olan 40 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.6545(7.8398%) manat, orta ölçülmüş qiyməti isə 97.9660 (7.1089%)manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269,811,200 manat,yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17.02.2026-cı ildir.
Hərrac iştirakçıları 21 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.