22 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-ninümumi dəyəri 1,500,000 (bir milyon beş yüzmin) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Embafinans"QSC-nin istiqrazlarının yerləşdirilməsi bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2012020601
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
1500
(ədəd)
|
1,000 manat
|
11,5%
|
18 ay
|
Hər 3 təqvim (bir ay 30 gün olduğunu qəbul etmək şərti ilə) aydan bir
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.