27 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070056ISIN-li, 100 mln. manat həcmində,1092 günolan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 29 investor tərəfindən qiymət intervalı 92.0821(9.60%)manat və 97.3789 (7.4917%)manat olan 69 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4852(8.2289%) manat, orta ölçülmüş qiyməti isə 95.9710(8.0381%)manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 276,265,600 manat,yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23 fevral 2027-ci ildir.
Hərrac iştirakçıları 28 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.