28 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2221024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 96,880.4495(6.90%)manat və 96,937.4237(6.77%)olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,300,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,924.2698(6.80%)manat və orta ölçülmüş qiyməti isə 96,928.7708 (6.79%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 14.08.2024-cü ildir.