12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredit Evi” ASC-ninsəhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.
Bildirmək istərdik ki,“Kredit Evi” ASC Bakı Fond Birjasında“Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları”nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.
5 mart 2024-cü il tarixində “Kredit Evi” ASC-nin ümumi dəyəri 200 000 (iki yüz min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
Səhmlərin növü və forması
|
Səhmlərin sayı
|
Nominal Dəyəri
|
Yerləşdirmə forması
|
Anderrayter
|
AZ1001021497
|
Adi adlı sənədsiz səhm
|
20,000
(ədəd)
|
20
manat
|
Abunə yazılışı üsulu
|
“Assist Finance İ.Ş” ASC
|