5 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “Kredit Evi” ASC-nin AZ1001021497 dövlət qeydiyyat nömrəli 400,000 (dörd yüz min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 20 manat qiymətindən 2 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 400,000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.