7 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2224024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,370.3315(7.1%)manat və 98,462.9927 (6.69%)manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,900,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,370.3315 (7.10%) manat,orta ölçülmüş qiymətiisə 98,430.8725 (6.83%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 30.05.2024-cü ildir.