7 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2226024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95011.8765(7.5%)manat və 95405.2817 (6.88%)manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,000,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95360.7019(6.95%) manat və orta ölçülmüş qiyməti 95396.0801(6.89%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 14.11.2024-cü ildir.