1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjasında “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” keçirilib
11.03.2024

Bakı Fond Birjasında “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” keçirilib

7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası” (BFB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi ilə “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi”  mərasimi keçirilib.

Tədbir “Bakı Fond Birjası”nın İdarə Heyətinin üzvü Mehman Ramazanovun açılış niqti ilə başlayıb. Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini yerinə yetirən Ms. Alessandra Roccasalvo, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Əməkdaşlıq üzrə regional direktor müavini, missiya üzrə rəhbərin müavini cənab Alberto Hernandez, “Qadınların Maliyyə İmkanlarının Gücləndirilməsi” üzrə proqram analitiki Nani Bendeliani, Azərbaycan Respublikasının Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin nümayəndəsi Fəridə Vəliyeva, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Maliyyə Departamentinin rəhbəri Səkinə Kərimova, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva, “Finca Azerbaijan” şirkətinin Baş Kommersiya rəhbəri Şəhriyar Osmanov, PAŞA Kapital İnvestisiya şirkətinin nümayəndəsi Sunar İsmayılova, “Access Bank” Xəzinədarlıq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Dinara Javadova, “Yelo Bank” İnsan Resurslarının İdarə Edilməsi departamentinin rəhbəri Nigar İbadzadə, “ABB-İnvest İnvestisiya Şirkəti”nin nümayəndəsi Xalidə Sadıqova, BMTİP qlobal təşəbbüs proqramı olan Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi Prinsipləri/WEPs üzrə  ekspert Fidan Qasımova çıxış ediblər.

Tədbirin iştirakçıları “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimlərinin cəmiyyətdə gender bərabərliyinin inkişafına, işgüzar məkanda və korporativ səviyyədə  qadınların səlahiyyətlərinin artırılmasına müsbət təsir göstərəcəyini bildiriblər.

Sonda qonaqların iştirakı ilə açılış zəngi çalınıb.

Qeyd edək ki, “Bakı Fond Birjası” BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə 2020-ci ildən etibarən əməkdaşlıq edir. Hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimini həyata keçirirlər. Azərbaycanda QSG/WEPs -in təşviqi BMTIP-in Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Gücləndirilməsi” layihəsi tərəfindən həyata keçirilir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment