28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin ümumi dəyəri 35,000,000(otuz beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində“Emitentlərin profili”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2008005152
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
350,000
(ədəd)
|
100ABŞ dolları
|
7 %
|
7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə
|
Rüblük (Hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3iş günündən gec olmayaraq)
|