3 və 4 aprel 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti(gün)
|
ISIN
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ(manat)
|
Nominal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2235024703
|
03.04.2024
|
30.000.000
|
100.000
|
300
|
01.05.2024
|
84
|
AZ2236024702
|
04.04.2024
|
30.000.000
|
100.000
|
300
|
27.06.2024
|
168
|
AZ2237024701
|
03.04.2024
|
30.000.000
|
100.000
|
300
|
18.09.2024
|
252
|
AZ2238024700
|
04.04.2024
|
30.000.000
|
100.000
|
300
|
12.12.2024
|
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərənbanklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlayabilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcəkrəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.