24 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2243024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,404.6764(7.7%)manat və 99,512.3893(6.3%)manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 28,500,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,440.8112 (7.23%)manat və orta ölçülmüş qiyməti 99,446.6776 (7.15%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 22.05.2024-cü ildir.