14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə PASHA Yatırım Bankası A.Ş.-ninümumi dəyəri 25,000,000(iyirmi beş beş milyon) ABŞ dollarıolan istiqrazlarıpremium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 15-29 may 2024-cü il tarixləri aralığında PASHA Yatırım Bankası A.Ş.-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 30 may 2024-cü il tarixində baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində“Emitentlərin profili”(https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Yerləşdirmə
Tarixi
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2009020176
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
25,000
(ədəd)
|
1,000ABŞ dolları
|
6,19%
|
İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir
|
30.05.2024
|
18 ay
|