1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bakı Mühəndislik Universitetində “Kapital Bank otağı" istifadəyə verildi
24.05.2024

23 may 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Kapital Bank arasında memorandum imzalandı və yenistrateji əməkdaşlığın əsası qoyuldu. Mərasimdə Kapital Bank-ın İdarə heyətinin sədri Fərid Hüseynov, BMU-nun rektoru Yaqub Piriyev və hər iki qurumun nümayəndələri iştirak etdilər. 

Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bildirdi ki, “Bu gün imzaladığımız memorandum, Kapital Bank və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. Biz inanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq və uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək”. 

Universitetin rektoru Yaqub Priyev isə çıxışında bu əməkdaşlıq sayəsindətələbələrin praktiki biliklər əldə edəcəyini, gələcək karyeraları üçün vacib təcrübələr qazanacağını, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılacaqlarını vurğuladı.  

İmzalanma mərasiminin ardından Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlikmüasir "Kapital Bank otağı"nın açılış mərasimi keçirildi. Mərasimdə vaxtıilə Bakı Mühəndislik Universitetində təhsil almış, bu gün isə Kapital Bank-ın menecer heyətində yer alan bank əməkdaşları öz təsüratlarını bölüşdülər. 

Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank daha öncə  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarının açılışını həyata keçirib. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment