1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
27.05.2024

Yelo Bank ardıcıl ikinci ildir ki, qadın liderliyinə həsr olunmuş regionun ən böyük tədbiri — SHE Congress-ə dəstək olur. Fərqli sferalarda uğurları ilə seçilən 500-dən çox yerli və xarici qadının qatıldığı builki konqresi mövzusu “İndinin gücü: Anı yaşa” (The Power of Now: Live the Moment!) idi. Tədbirdə qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların, həll yollarının, şirkətlərin öz fəaliyyətində tətbiq etdiyi uğurlu strategiyaların müzakirəsi aparılıb. 

Yelo Bank tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və İdarə Heyətinin sədr müavini Günay Cəlilova ilə təmsil olunub. Anar Həsənov öz çıxışında biznesdə inklüzivliyin vacibliyindən bəhs edərək dünyada və ölkəmizdə mövcud vəziyyəti dəyərləndirib. Daha sonra Günay Cəlilova ilə birlikdə “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılovanın moderatorluğu ilə keçirilən panel müzakirədə iştirak ediblər. Onlar öz çıxışlarında rəhbər rollarında, xüsusilə maliyyə sektorunda qadın təmsilçilərin kifayət qədər təmsil olunmamasından söz açıblar. Paneldə şirkətlərin fəaliyyətində müxtəlifliyin vacib rolu və bizneslərdə inklüziv mühiti inkişaf etdirmək üçün istifadə edilə biləcək strategiyalar vurğulanıb.




Tədbir fərqli çıxışlar, uğur hekayələri və ilhamverici panel müzakirələri ilə davam edib. İştirakçılar fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri öyrənmək, həmçinin faydalı əlaqələr qurmaq imkanı də əldə ediblər. Bütün bunlarla yanaşı, tədbir sürpriz hədiyyələri ilə də yadda qalıb. Təsadüfi seçimlə müəyyənləşdirilmiş şanslı iştirakçılar Yelo Bank-dan iPhone 15 və Yelo Infinite kartını qazanıblar.

Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dəyər verilən gələcəyi dəstəkləyir. Qadınların səlahiyyətlərinin genişləndirilməsinin daha güclü iqtisadiyyata və daha sağlam cəmiyyətə gətirib çıxaracağına inanan Yelo Bank sonrakı fəaliyyətində də SHE Congress kimi təşəbbüsləri dəstəkləməyə davam edəcək.

 Yelo Bank-dan kredit götürmək istəyirdiniz?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment