1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi istiqamətində layihəsi davam edir
29.05.2024

Xəbər verdiyimiz kimi, Qırmızı Ürəklər Fondunun “Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi layihəsi həyata keçirilir. Layihənin davamı olaraq ötən gün Zaqatala rayonundan olan qazi ailəsi üçün tikilən fərdi yaşayış evi sahiblərinə təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evində ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 

Evin açarlarının təqdim edilməsi mərasimində Qırmızı Ürəklər Fondunun nümayəndəsi Yusif Poladov da iştirak edib. O, çıxışı zamanı fondun bu istiqamətdə gördüyü işlərdən danışıb. “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıq imkanlarını itirən vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsiistiqamətində mühüm tədbirlər həyata keçirilir. Biz də Qırmızı Ürəklər Fondu olaraq dövlətin sosial sahədə həyata keçirdiyi bu uğurlu siyasətə hər zaman öz resurslarımız çərçivəsində dəstək olmağa çalışırıq. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönəldilir ki, bunlardan biri də məhz şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsidir”. 

Qeyd edək ki, “Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2024-cü ildə 4 fərdi yaşayış evi tikilərək şəhid və qazi ailələrinə təhvil verilib. İl sonuna qədər daha 7 evin təhvil verilməsi planlaşdırılır. Xatırladaq ki, 2023-cü il ərzində fond tərəfindən Kürdəmir, Masallı, Qusar, Salyan, Zaqatala rayonundan olan 9 şəhid ailəsifərdi yaşayış eviilə təmin edilib. 

Qeyd edək ki, “RedHearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “RedHearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment