1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “Mükəmməl iş yeri” titulunu qorumağa davam edir
12.06.2024

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank 2024-cü ildə də “Great Place to Work” sertifikatına layiq görülərək işçi məmnuniyyəti və iş şəraiti üzrə yüksək standartları qoruyub saxladığını bir daha təsdiq etdi.

Qeyd edək ki, “Great Place to Work” (“Mükəmməl iş yeri”) beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir. 

Şirkət tərəfindən aparılan qiymətləndirmələrdə Kapital Bankəməkdaşlar tərəfindən “Karyera yüksəlişi imkanları”, “Pozitiv iş mühiti və şirkət mədəniyyəti”, “İş və həyat balansı” kimi bir çox kateqoriyada yüksək dəyərləndirilib.

Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva bu mükafata layiq görülməyin qürurverici olduğunu vurğulayaraq bildirib:“Bizim İstedadların idarə edilməsi üzrə strategiyamız əməkdaşları peşəkar olaraq yetişdirməyə, liderlik bacarıqlarını artırmağa, onları motivasiyada saxlamağa, eyni zamanda şəxsi bacarıqlarının inkişafı üçün rahat mühit yaratmağa fokuslanıb. Çünki doğru yolun belə olduğundan əminik, istiqaməti dəqiq bilirik. Çox sevinirəm ki, səsləndirdiyimiz fikirlər rəsmi olaraq da öz təsdiqini tapıb. Uğur qazanmaq qədər onu qoruyub saxlamaq da önəmlidir. Mükəmməl iş yeri adını 2-ci dəfə qazanmaq çox qürurvericidir. Bütün uğurlarımız kimi bu uğurumuzun da səbəbkarı olan komandamıza təşəkkür edirəm. Doğru yolda böyük addımlarla irəliləyəcəyimizə inanıram.”

Bu sertifikat Kapital Bank-ın işçi məmnuniyyəti, inkişaf imkanları və iş mühiti üzrə yüksək standartlarını təsdiqləyir və işəgötürən brendi olaraq böyük bir üstünlük yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment