Bank sektorunda aktiv işəgötürən şirkətlərdən biri kimi Yelo Bank tez-tez əmək yarmarkalarında, karyera sərgilərində iştirak edir. Məqsəd iş axtaran potensiallı gənclərlə tanış olmaq, onlara Yelo-dakı karyera fürsətlərini tanıtmaq və onları namizəd kimi dəyərləndirməkdir. Bu cür tədbirlərə gənclərin marağını dəyərləndirən Yelo Bank, Dövlət Məşğulluq Agentliyi ilə birlikdə bu dəfə özü əmək yarmarkasına ev sahibliyi etdi. "Yelo Career Festival" adlı əmək yarmarkasında 30-dan çox şirkət 300-dən çox vakansiya ilə iştirak etdi. Yarmarkaya qatılan yüzlərlə gənc başda Yelo Bank olmaqla, müxtəlif sektorları təmsil edən prestijli şirkətlərin aktiv vakansiyaları ilə tanış olmaq, yerindəcə müraciət etmək və dəyərli əlaqələr qurmaq imkanına nail oldular. Tədbirin yekununda iştirakçı qismində qatılan şirkət nümayəndələrinə Yelo-dan təşəkkür sertifikatları təqdim edildi.
Qeyd edək ki, Yelo Bank gənclərə dəstək naminə bir çox universitet və təşkilatlarla aktiv əməkdaşlıq edir. Tələbələrə gələcək karyeraları üçün faydalı biliklər qazandırmaq, onların bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazandırmaq Bankın əsas sosial missiyalarından biridir. Yelo Bank-ın karyera imkanlarında xəbər tutmaq və faydalanmaq üçün sosial şəbəkələrdə Yelo Team səhifəsini izləyə bilərsiniz.
Banklarda vakansiya (https://www.yelo.az/az/about-bank/career/vacancies/) ilə maraqlanırsınız?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!