1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı
24.06.2024

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına mikro sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir. Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir. 

Tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsi

VÖEN

Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd

Prioritet istiqamətlər:

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;

Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;

Kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;

Logistik xidmət layihələrinin dəstəklənməsi;

Anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;

Turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;

Yaşıl,rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;

Kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;

Təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

Tibb sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

Bu unikal kredit imkanından yararlanmaqla mikro sahibkarlar öz bizneslərini inkişaf etdirə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində irəlləyişə nail ola bilərlər.

Əlavə məlumat üçün link: https://bir.bank/sifd

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment