Hazırda ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipləri bütün dünyanın, o cümlədən ölkəmizin diqqət mərkəzindədir. Bu məqsədlə Yelo Bank AmCham Azərbaycanın Bank, Maliyyə və Sığorta (BFI) Komitəsinin təşkilatçılığı ilə ESG mövzusuna həsr olunmuş tədbirə ev sahibliyi etdi. “Dayanıqlı Maliyyə: ESG prinsiplərinin maliyyə sahəsində tətbiqi” başlığı ilə keçirilən tədbir bank, maliyyə və sığorta təşkilatlarında çalışan mütəxəssisləri bir araya gətirdi. Yelo Bank-ın İdarə heyətinin sədr müavini və AmCham BFI Komitəsinin sədri Günay Cəlilova tədbirin açılış nitqini edərək iştirakçıları salamladı və müzakirələrin gündəliyi haqqında qısa məlumat verdi. Tədbirdə ESG üzrə qlobal ekspert Deniz Erkus, IFC-də ESG məsləhətçi qrupunun rəhbəri Boris Janjalia, BMT-nin rezident əlaqələndirici ofisinin iqtisadçısı Hürşid Rüstəmov və Azərbaycan Mərkəzi Bankının baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova spiker qismində çıxış ediblər.
Hər bir spiker ESG prinsiplərinin biznes strategiyasında əhəmiyyəti, davamlı maliyyə alətlərinin tətbiqi, o cümlədən qlobal təcrübə və gələcək planlar haqqında individual təqdimatlarla çıxış etdilər. Tədbir çərçivəsində keçirilən paneldə Deniz Erkusun moderatorluğu altında spikerlər mövzunun davamını birlikdə müzakirə etdilər. Tədbirin iştirakçıları sual-cavab sessiyası zamanı spikerlərlə fikir mübadiləsi aparmaq imkanına sahib oldular. Qeyd edək ki, bu tədbir Yelo Bank, AmCham Azərbaycan, BMT Azərbaycan və Azərbaycan Mərkəzi Bankının birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Yelo Bank-ın tədbirdə göstərdiyi təşəbbüsdə əsas məqsədi yerli və xarici ekspertləri bir araya gətirməklə ESG və dayanıqlı maliyyə üzrə mühüm mövzuların müzakirəsi nəticəsində növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
İpoteka kalkulyatoru, onlayn ipoteka sifarişi və güzəştli ipoteka haqqında suallarınız var?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!