|
|
|
Fond birjası | | | Bakı Fond Birjasında BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
09.07.2024 | |
| |
9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin buraxılış həcmi 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
BOKT "Viator Mikrokredit Azərbaycan" MMC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2007021531
|
İstiqrazın növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
Ticarət üsulu/forması
|
Kütləvi/Birqiymətli
|
İstiqrazın sayı
|
500 (ədəd)
|
İlkin ticarət qiyməti
|
1,000 manat
|
Buraxılış həcmi
|
500,000 manat
|
İllik gəlirlilik faizi
|
14%
|
Ödəmə Periodu
|
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
|
Tədavül müddəti
|
540 gün
|
Ticarətə buraxılma tarixi
|
12.07.2024
|
Anderrayter
|
“CPM Invest Investisiya Şirkəti” ASC
|
|
|
|
|