1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Moody’s” və“S&P” Kapital Bank-ın reytinqlərini təsdiqləyib və bankın perspektivini müsbət qiymətləndirib
11.07.2024

5 iyul 2024-cü il tarixində “Moody’s” beynəlxalq reytinq agentliyinin yayımladığı son hesabatda ölkənin uzunmüddətli kredit reytinqi proqnozu “sabit”dən“müsbət”ə yüksələrək“Ba1” səviyyəsində qiymətləndirilibvə ölkənin makro iqtisadi göstəricisinin yüksəldiyi qeyd olunub. 

Agentlik, həmçinin ölkənin birinci bankı Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinq proqnozunu“sabit”dən “müsbət”ə dəyişməklə “Ba2” səviyyəsində təsdiq edib. Onu da qeyd etmək lazımdır ki, bankın Əsas Kredit(BCA) qiymətləndirməsi üzrə reytinqi“Ba3” səviyyəsində və Uzunmüddətli Kontragent Riski (LT-CRR) qiymətləndirilməsi üzrə reytinqi “Ba1” səviyyəsində təsdiqlənib. Agentlik öz hesabatında bankın keyfiyyətli kredit portfelinin olmasını, məcmu kapital adekvatlığının bankın güclü və dayanıqlı kapital resursları ilə dəstəklənməsini, o cümlədən aktivlərin effektiv idarə olunması ilə güclü gəlirlilik göstərcilərini müsbət məqamlar kimi qeyd edib. 

“Standard& Poor’s (S&P)” agentliyinin 2 iyul 2024-cü il tarixində yayımladığı göstəricilərə gəldikdə isə Kapital Bank-ın uzun və qısamüddətli kredit reytinqləri “BB-/B” səviyyəsində təsdiqlənib. Bu, bankın güclü və sabit maliyyə imkanlarını, kredit portfelinin böyüməsini vurğulamaqla yanaşı, bankın gələcək perspektivlərinin də müsbət olduğunu göstərir. Agentlik xüsusilə növbəti 12-18 ay ərzində bankın ölkənin maliyyə sektorundakı mövqeyinin daha da güclənəcəyinə dair gözləntilərini vurğulayıb.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment