1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank 2024-cü ilin 1-ci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb
12.07.2024

Sizin yerli Avropa bankınız – AccessBank, 2024-cü ilin 1-ciyarısıüzrə maliyyə nəticələrini açıqlayır. Hesabat dövründə müştərilərə etibarlı maliyyə xidmətləri təklif etməklə AccessBank,bazarda mövqeyini möhkəmləndirməyi davam edir. 

Ətraflı məlumat əldə etmək üçün:AccessBank 2024-cü ilin 1-ci yarımilliyi  üzrə maliyyə nəticələrini açıqlayıb

AccessBank, 2024-cü ilin 1-ci yarısı ərzində əsas maliyyə göstəriciləri üzrə dinamik artım nümayiş etdirib,hesabat dövründə Bankın xalis mənfəəti 27.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.5% yüksəkdir


Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

Faiz gəlirləri 19.3% artaraq, 107.7 milyon manata çatıb. 

Xalis faiz gəlirləri isə 23.9% artaraq 66.7 milyon manata qədər yüksəlib.

Qeyri-faiz gəlirləri 8.6 milyon manat təşkil edir. 

Xalis əməliyyat mənfəəti isə 1.4 dəfə artaraq, 27.2 milyon manata çatıb. 

Nəticədə, Bankın məcmu kapitalı 167.4 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3.3 dəfə çoxdur.

Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 15.1% (141.7 milyon) artıraraq 1,081 milyon manata yüksəltmişdir. 

Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 18.4% (130.8 milyon) artaraq 841.6 mln manat təşkil edib. 

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% artaraq, hesabat dövrünün sonunda 1.5milyard manata çatır. 

Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% artaraq 1029.7milyon manat təşkil edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment