1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Banka daxil olan müraciətlərin icra statusunun izlənilməsi imkanı yaradılıb
15.07.2024

Maliyyə xidmətləri istehlakçılarının və investorların Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Görülən işlərin nəticəsi olaraq vətəndaşlara birbaşa və ya digər qurumlardan kağız daşıyıcı vasitəsilə Mərkəzi Banka ünvanladıqları müraciətlərin icra statusunu izləmək imkanı təqdim olunub. Belə ki, müraciət edən şəxs contact.e-cbar.az internet səhifəsində yaradılmış digər müraciətlərim xanası üzərindən şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edə, bununla da müraciətinin icra statusunu izləyə biləcək. İcra statusunu izləmək üçün öncədən müraciətlərə FİN nömrəsini qeyd etmək zəruridir.

Xatırladaq ki, contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etdikdə icra barədə bildirişlər qeyd edilən mobil nömrəyə, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin yekun nəticəsi barədə məlumat isə elektron poçta avtomatik qaydada göndərilir. Həmçinin işçi kabinetdə müraciətin icra vəziyyətinin izlənilməsi də mümkündür.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçıları və investorlar Mərkəzi Banka müraciətlərini aşağıdakı vasitələrlə ünvanlaya bilərlər:

  • 966 qaynar xətti ilə əlaqə saxlamaqla
  • Poçt ünvanına məktub göndərməklə
  • e-cbar.az internet səhifəsi vasitəsilə onlayn qaydada müraciət etməklə
  • Mərkəzi Bankın inzibati bina və regional mərkəzlərinə yaxınlaşaraq qəbulda ərizə yazmaqla
  • Kağız daşıyıcıda birbaşa müraciət təqdim etməklə

Bununla belə, Azərbaycan Respublikasının Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması üçün kağız daşıyıcıdan istifadənin azaldılması məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının və investorların Mərkəzi Banka contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etməsini tövsiyə edirik.

Əlavə sual yarandığı halda Mərkəzi Bankın 966 qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment