1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir
16.07.2024

AccessBank Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən “Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsivə Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması”layihəsi çərçivəsində növbəti təlimləri həyata keçirib. 

Bakıda təşkil edilən təlim qadınların maliyyə savadlılığının artırılması mövzusuna həsr edilib.


Təlimlərə cəlb edilən qadın sahibkarlara “Sahibkar kredit götürərkən nəyə fikir verməlidir?”, “Borc almağın müsbət və mənfi tərəfləri” mövzularında  Thomaz International-Azerbaycan təşkilatının regional meneceri Rauf Ağayev,  “Azərbaycan kredit bürosunun fəaliyyəti və xidmətləri” mövzusunda AKB nümayəndəsi İlkin Ağayev, “Birlikdə daha risksiz: Sığortalının bizneslər üçün əhəmiyyəti” mövzusunda Paşa Sığorta şirkətinin nümayəndələri Hikmət Əliyev və Orxan Axundov təlimlər keçdilər.

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Pərvin Qəhrəmanova sahibkarlara “Maliyyə məlumatlılığı nədir? Mərkəzi Bankın aliyyəməlumatlılığı resursları” mövzusunda  təlim keçərək sahibkarların peşəkar inkişafı və doğru maliyyə xidmətlərini seçə bilmələri üçün yaratdığı imkanlarla tanış etmişdir. 

Daha sonra AccessBank-ın əməkdaşı Pərvin Məmmədov “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda sahibkarlara fəaliyyət dövründə lazım olan mövzularla bağlı təlim keçərək iştirakçıların suallarını cavablandırdı. 

Lənkəran şəhərində keçirilən təlimdə isə klinik psixoloq Könül Qasımova qadın sahibkarlara “Emosional zəka və müştəri ilə münasibət” mövzusunda təlim keçərək kommunikasiyalarda emosional münasibətlərin vacibliyini qeyd etdi. 

Gəncə şəhərində təşkil edilən təlim əsasən “Maliyyə savadlılığının artırılması” mövzusuna həsr edlilib, sahibkar qadınlara biznesin və vəsaitlərin idarəedilməsinə dair təlimatlar təqdim edilib.  

AccessBank-ın dəstəyi ilə növbəti təlimlər Gəncə və Şəki şəhərlərində keçiriləcək və “Emosional zəka və müştəri ilə münasibət”, “Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları”, “SMM üçün fotoçəkiliş”, “Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması” kimi mövzulara həsr ediləcək. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment